Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:48

İstanbulda iftardan sonra etiraz aksiyası olub


Arxiv foto: Taksim meydanı
Arxiv foto: Taksim meydanı
-

Ötən gün İstanbulda Taksim ərazisində iki böyük iftar süfrəsi açılıb.

Taksim meydanında bələdiyyə, meydandan bir az aşağıdakı İstiqlal prospektində isə Antikapitalist Müsəlmanlar Qrupu iftar verib.

Bələdiyyənin ənənəvi Ramazan çadırlarında verilən pulsuz iftar yeməyi Taksim meydanına açıq havada verilib.

Antikapitalist Müsəlmanlar və İnqilabçı Müsəlmanlar qruplarının çağırışı ilə həyata keçirilən iftar üçünsə yerdə böyük süfrə açılıb.

İftar süfrəsinin bir ucu Taksim meydanına - ərazidə dayanmış polisin təzyiqli su maşınlarına qədər uzanıb. Bir müddət sonra polis maşınları ərazidən çəkilib.

İftardan sonra polis əraziyə yığışanlara dağılmaları üçün xəbərdarlıq edib. Bu arada minlərlə adam Gezi Parkına yürüş edib. «Yaşasın xalqların qardaşlığı», «Hər yer Taksim, hər yer dirəniş», «Bu daha başlanğıcdır, mübarizəyə davam» şüarları səsləndiriblər.

Taksim Meydanındakı Gezi Parkı dünən günorta saatlarında açılsa da az sonra yenidən bağlanmışdı. Ancaq axşam yenidən şəhər sakinlərinin istifadəsinə verilib.

Mayın 31-də İstanbulun Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiyalar az sonra baş nazir Recep Tayyip Erdogana qarşı yönəldmiş və ölkənin digər şəhərlərinə yayılmışdı. Bu aksiyalar zamanı polislə toqquşmalarda azı 4 nəfərin öldüyü, yüzlərlə adamın yaralandığı və saxlandığı bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG