Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

At əti satan sex aşkarlanıb


Ağdaş rayonunda qanunsuz olaraq at əti satışı ilə məşğul olan sex aşkar edilib.

Bu barədə APA-ya Dövlət Baytarlıq Xidmətinin baş baytar həkimi Vaqif Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, Ağdaşın Dəhnəxəlil kəndində keçirilən reyd zamanı kənd sakini Zeynalov Zeynalın evinin həyətində at tövləsi, müxtəlif yaşda və cinsdən olan 11 baş at, heyvanlar üçün kəsim yeri, tərəzi, kanalizasiya quyusu, kəsilən ətlərin daşınması üçün nəzərdə tutulan arabalar və ətin saxlanılması üçün soyuducu aşkar edilib. Ərazidən tapılan at sümükləri və sklet analiz üçün laboratoriyaya göndərilib. Ərazi nəzarət altına alınıb.

O da bildirilir ki, Ağdaş sakini qanunsuz at əti istehsalı ilə məşğul olduğundan ötən il də cərimələnib. Ona bir neçə dəfə Dövlət Baytarlıq Xidməti idarəsi tərəfindən şifahi xəbərdarlıq edilib.

Məlumata görə, Zeynal Zeynalov izahatında bildirib ki, Bərdə və Ağdaş rayonlarında yerləşən mal-qara bazarından ayrı-ayrı vətəndaşlardan aldığı atları öz həyətində sifariş əsasında kəsərək ət satışı ilə məşğul olan şəxslərə satıb. Faktla bağlı araşdırma aparılır.

Bu arada bir neçə gün öncə Yevlax rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində də qanunsuz at əti satışı ilə məşğul olan sexlər aşkar edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG