Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:38

İsa Qəmbər: «Əgər kimsə seçkilərin boykot variantına meyl edirsə...»


Mətbuat icmalı
Mətbuat icmalı
-

İSA QƏMBƏR MÜSAVATA YÖNƏLƏN EYHAMLARA CAVAB VERDİ

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun «Milli Şuranın seçkilərdə bir namizədi olmalıdır» tezisinə Müsavat Partiyasının başqanı İsa Qəmbər münasibət bildirib.

İsa Qəmbər «Yeni Müsavat» qəzetinə deyib ki, seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil:

«Milli Şuranın ikinci sessiyasında vahid namizəd məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının mövqeyini bəyan etmişəm. Bu mövqeyin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir. İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə Milli Şuranın seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz. Digər riskləri görürük, qiymətləndiririk, münasibətimizi də bildiririk. Ancaq bu riski də hər kəs nəzərə almalıdır. Əgər kimsə seçkilərin boykot variantına meyl edirsə, bu istəklər Milli Şura formatında axtarılmamalıdır. Milli Şura məhz seçki yolu ilə xalqın hakimiyyətini bərpa etmək məqsədilə yaradılıb. Bu baxımdan, Milli Şuranın - demokratik düşərgənin, real müxalifətin seçkidən kənarda qalmasına heç cür yol vermək olmaz».

HAKİMİYYƏT KOMANDASI ÇAŞQINLIQ İÇİNDƏ

«Azadlıq» qəzeti yazır ki, Mehriban Əliyevanın namizədlik məsələsi iqtidar düşərgəsində qeyri-müəyyənlik yaradıb.

Qəzet yazır ki, Demokratik Azərbaycan Dünyası Partiyası birinci xanımın namizədliyini irəli sürdüyü ilk günlərdə bu məsələyə hakimiyyətdə barmaqarası yanaşırdılarsa, artıq vəziyyət dəyişib: «Komanda daxilində çaşqınlıq və narahatlıq yaranıb. Çünki DADP bu məsələdə israr edir. Hətta partiya rəhbərliyi Prezident Administrasiyasına çağırıldıqdan sonra mətbuat konfransı keçirərək, mövqelərindən geri çəkilməyəcəklərini bəyan etdilər. DADP-nin ardınca isə daha iki partiya Mehriban Əliyevanın namizədliyini irəli sürdü. Bunlar Azad Respublikaçılar Partiyası və Mübarizlər Partiyasıdır. Digər tərəfdən bu günə qədər Mehriban Əliyeva bu məsələyə reaksiya verməyib. Əgər ilk günlərdə YAP-çılar Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsini təxribat hesab edirdilərsə, artıq bu tip açıqlamalar gözə dəymir».

UĞURLU SİYASƏT MODELİ

«Azərbaycan» qəzeti yazır ki, «ötən 10 il ərzindəki gördüyü işlər dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə söykəndiyini bir daha təsdiqlədi. İlk növbədə bəlli oldu ki, cənab İlham Əliyev hökumətin qarşısında hansı əsas problemlərin, vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, yüksək iş qabiliyyətli komandaya malikdir. «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» şüarını irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirdi. Siyasi iradə və qətiyyət, məqsədyönlülük, mütərəqqi islahatlara meyllilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını nəzərə almaq qabiliyyəti Prezident İlham Əliyevin siyasi lider obrazını şərtləndirən mühüm keyfiyyətlər sırasında xüsusi vurğulana bilər. 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində «Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm» deyən, dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiqdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG