Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:40
-

İyulun 10-da səhər saat 8 radələrində aeroport şosesində ağır yol qəzası baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, sərnişin avtobusu ilə minik maşını toqquşub. Qəza zamanı aeroport yolunda böyük tıxac yaranıb.

Hadisə nəticəsində 3 nəfər vəfat edib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəfat edən şəxslərin 2-si kişi, 1-i qadındır.

3 saylı Şəhər Klinik Xəstəxanasından bildiriblər ki, xəsarət alanlar 19 və 25 yaşlı gənclərdir. Birinin bazu oynağı, digərinin isə bud sümüyü sınıb.

FHN-NİN QƏZA İLƏ BAĞLI MƏLUMATI

Fövqəladə Hallar Nazirliyi Bakıda aeroport yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin saytının yaydığı məlumata görə, Bakının Xəzər rayonunda «Daewoo» markalı avtobus, «KİA» və «BYD» markalı iki minik avtomobili ilə toqquşub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, «KİA»nın sürücüsü - 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölüb.

Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG