Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:48

Misirdə müvəqqəti hökumət yeni kabinet formalaşdırır [VİDEO]


-

Misirdə müvəqqəti hökumət prezident Muhammad Morsi-nin vəzifədən uzaqlaşdırılmasından bir həftə sonra yeni kabinetin formalaşdırılması ilə məşğuldur. Müvəqqəti prezident Adly Mansour dünən liberal iqtisadçı, sabiq maliyyə naziri Hazem el-Beblawi-ni baş nazir, bu ölkənin BMT-dəki keçmiş diplomatı Muhammad ElBaradei-ni isə xarici siyasət üzrə vitse-prezident təyin edib.

Adly Mansour-un sözçüsü yeni Kabinetdəki postların islamçı düşərgəyə - M. Morsi-nin Müsəlman Qardaşları təşkilatına təklif olunacağını da bildirib.

Ötən gün Müsəlman Qardaşları müvəqqəti prezidentin yol xəritəsindən imtina edib. Adly Mansour-un imzaladığı fərmana əsasən, 15 gün ərzində Konstitusiya Şurası çağırılmalı və konstitusiyaya düzəlişlər hazırlamalıdır. Bu dəyişikliklər 4 ay ərzində referendumla təsdiqləndikdən sonra isə fevralda ölkədə yeni parlament, bundan sonra isə prezident seçkisi keçirilməlidir.

Bu planı ElBaradei-nin partiyası da qəbul etməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG