Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:55

Türkiyə öz ədəbiyyatını dünyaya belə tanıdır


TEDA-nın saytı
TEDA-nın saytı
-

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 8 il öncə başladığı TEDA - ''Türk Kültür, Sanat ve Edebiyatının Dışa Açılımı" layihəsi çərçivəsində indiyəcən 57 ölkədə - 54 dildə 1 351 əsərə dəstək verilib.

Türkcədən xarici dillərə çevrilən həmin əsərlərdən 880-i artıq çap edilərək həmin ölkələrdə oxucuların ixtiyarına verilib.

TEDA çərçivəsində təkcə ötən il xaricdə 366 əsərin çevrilməsinə dəstək verilib.

Türkcədən xarici dillərə tərcümənin səviyyəsini qaldırmaq üçün çeviri atelyeləri də açılmaqdadır.

Çağdaş yazarların əsərləri ilə yanaşı Yunus Emre, Mövlanə Cəlaləddin Rumi, Ömer Seyfettin, Mehmet Akif Ersoy kimi klassik yazarların da əsərlərinə diqqət artıb.

TEDA-nın saytına daxil ol
XS
SM
MD
LG