Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:58
-
«Flashmob»da bu dəfə «Mənim təhsilim, Mənim gələcəyim!» kampaniyasının rəhbəri Rövşən Nəcəfov və Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qonaq oldu. Söhbət uşaqları təhsildən yayındıran səbəblərdən və «ABŞ Təhsilli Azərbaycan Məzunları» İctimai Birliyinin layihəsi olan «Mənim Təhsilim, Mənim Gələcəyim!» kampaniyasından getdi. Gənclər Fondunun dəstəklədiyi bu kampaniyanın məqsədi təhsil haqqında əyalətlərdə formalaşan stereotipləri – qəlib təsəvvürləri qırmaqdır.

Rövşən Nəcəfov erkən nikah kimi problemlərin aradan qaldırılmasını aktual sayır:

«Kampaniya çərçivəsində videoçarx hazırlanıb. Səsli görüntülərdə şirkət nümayəndələrinin, təşkilat rəhbərlərinin çağırışları yer alıb. Üzərində «Mənim təhsilim, Mənim gələcəyim!» şüarı yazılmış köynəklər və kampaniyanın kitabını çap etmişik. Onları bölgələrdə paylayırıq. Sözügedən kampaniyanın www.myedu.az saytını da yaratmışıq. Bizim kampaniya fərqlənir, çünki biz birbaşa evlərə gedir və 7-8-9-cu sinifdə oxuyan qızlarla söhbət edib, onları həvəsləndiririk. Təhsil almaq istəyən qız çoxdur, ailələrin maddi durumu problem yaradır. Kampaniyanı genişləndirmək, biznes qurumlarını cəlb etmək və qızların təhsil haqlarını ödəmək üçün bir üsul, bir qaynaq tapmaq istəyirik».

«ADI MƏKTƏBDƏ GEDİR, ÖZÜ ANASININ YANINDA İŞLƏYİR»

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, uşaqları təhsildən məktəb də uzaqlaşdırır:

«Bizim sığınacaqdakı uşaqların taleyi, tarixçələri, onlarla söhbət bu kampaniyaya təkan verib. Təhsildən yayınan uşaqların hansı fəsadlarla üzləşdiyini görürük. Bu, onların insan alveri qurbanına çevrilməsinə yol açır. Hər şeyi maddiyyata da bağlamaq olmaz. Azərbaycan qanunvericiliyində 9-cu sinfədək təhsil məcburidir. Kəmalə Ağazadə

Kəmalə Ağazadə

Uşaqları təhsildən uzaqlaşdıran həm də məktəblərdir. Məktəb problem istəmir. Bu o deməkdir ki, problemli uşaq, hansı yolla olur-olsun, məktəbdən uzaqlaşdırılır. Problemi təkcə ata-ananın üzərinə yıxmaq da doğru deyil. Təhsilə həvəs fəal və çatımlı şəkildə aşılanmalıdır. Bizdə isə uşağın sayı təbliğ edilir. Sığınacağımızda elə uşaqlar var ki, adı məktəbdə gedir, özü anasının yanında işləyir haradasa. Təkcə ailə deyil uşağın təhsildən yayınmasına səbəb».

«AĞSAQQAL SÖZÜNƏ EHTİYAC VAR»

Rövşən Nəcəfovun fikrincə, regionlarda təhsilə olan daşlaşmış yanaşmanı qırmaq üçün dövlət qanunları sərtləşdirməli, yararlı mexanizmlər tapmalıdır:

«İnsanlara televiziyalardakı proqram və örnək simalarla təsir etmək olar. Media bu işdə aktiv olmalı, polis sistemi işə düşməli, bölgələrdə təhsil ocaqları olmalıdır. Elə bölgə var ki, universitet, kollec bir yana qalsın, heç ən adi peşə liseyi də yoxdur».

Kəmalə Ağazadə problemin çözümünə ağsaqqalları da qoşmaqda fayda görür:

«Mexanizm olmayanda, qanunların təsir gücü azalır. İcmalarda bu işi aparmaq mümkündür. Regionlarda ağsaqqallar var ki, bircə sözlə qan davasını bitiriblər. İndi onların da sözünə ehtiyac var. Təki istək olsun, bu işi gömək olar. Mediadan yararlanıb uşaqları təhsilə həvəsləndirmək də mümkündür. Sadəcə, məsələyə yaradıcı yanaşmaq, gözəl şüarlar tapmaq lazımdır».

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG