Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02
-
İyulun 9-da Sumqayıt Apellyasiya Məhkəməsində 1 mart Quba hadisələrinə görə həbsdə olan Habil Əliyevin apellyasiya şikayətinə baxılıb. Hakim Rasim İskəndərov şikayəti qismət təmin edərək cəzanı 4 il 6 aydan 3 il 8 aya endirib.

Vəkil Mirzə Əzizov AzadlıqRadiosuna qərardan kasasiya şikayəti verəcəyini bildirib. Vəkilin dediyinə görə, apellyasiya şikayətində məhkumun 3-cü qrup əlilliyini, ailəsinin ağır durumunu nəzərə alaraq cəzasının şərti cəza ilə əvəz olunmasını xahiş edib. Vəkil Mirzə Əzizov

Vəkil Mirzə Əzizov

əhkəmənin cəzanın üstündən 8 ay götürməklə kifayətlənməsi şikayətçi tərəfi qane etmir:

«Təkəm, iki körpə, bir də qoca qaynanam çətinliklə dolanırıq. Ailənin gəliri yoxdur. Habilə verilən ittihamlar da qondarmadır. O boyda hadisələrdə yalnız bir yerdə görüntüsü düşüb, həmin görüntüdə «butılka»ları sındırırmış. Buna görə ona altı maddə veriblər».

3-cü qrup Qarabağ əlili olan Habil Əliyev ötən il iyunun 15-də həbs olunaraq Quba hadisələrində iştiraka görə Cinayət Məcəlləsinin beş maddəsi ilə təqsirləndirilib. O, dekabrın 12-də hakim Füzuli Pənahovun çıxardığı hökmlə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu ilin mayında Habil Əliyevin ailə üzvləri onun saxlandığı Şüvəlan təcridxanasında aclıq keçirdiyini bildirirdi. Penitensiar Xidmət bunu yalanlamışdı.
XS
SM
MD
LG