Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:41
-

Bu barədə Gəncə Dövlət Dram Teatrından məlumat verilib. Məlumata görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyəti 2 avqust Kino Günü ilə bağlı yığıncaqda Azərbaycan kinosundakı xidmətlərinə görə xalq artisti Ələddin Abbasovu Milli Kino Mükafatı ilə təltif edilib.

Ələddin Abbasov «Dəli Kür» filmində yaratdığı Cahandar ağa obrazı ilə sevilib.

Milli Kino Mükafatının ilk sahibi 2012-ci ildə xalq artisti Yaşar Nuri olub.

Ə. Abbasov Azərbaycanın xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatıdır.

O, Gəncə Dövlət Dram Teatrının aktyorudur. Ə. Abbasov 1967-ci ildən filmlərə çəkilir.

«Torpaq. Dəniz. Od. Səma», «Mən ki, gözəl deyildim», «Dəli Kür», «Qatır Məmməd», «Dörd bazar günü», «Od içində», «Gözlə məni» və s. filmlərdə müxtəlif rolları ifa edib.
XS
SM
MD
LG