Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:02

Gəncədə 74 yaşlı sürücü internetdən sərnişinləri məlumatlandırır və ingilis dilini öyrənir...


İmran Tağıyev
İmran Tağıyev
-

Gün onun üçün sübh tezdən, saat 7-də başlayır. 15 ildir ki, Qazax və Tovuz rayonlarına sərnişin daşıyır.

Üstəlik Avtovağzalda hamı onun - İmran Tağıyevin gəlməsini gözləyir ki, ölkədəki xəbərlərdən halı olsun. Gəncə sakini, 74 yaşlı İmran Tağıyev 5 il əvvəl aldığı «noutbuk»undan bütün dünyanı izləyir. Xəbər portalları, agentliklər və ara-bir TV proqramlarına da baxır.

Gəncənin «Şəmkir» avtovağzalının ən yaşlı sürücüsü olan İmran Tağıyev danışır ki, avtobusun hərəkət vaxtından yarım saat tez gəlir, internet kartını taxır və xəbərləri oxuyur. Başına toplanan yoldaşları ilə xəbərlərin müzakirəsi başlayır:

«İNTERNETİN BIR ŞEYİ YAXŞIDIR Kİ...»

«Yola çıxanda da lazım olan yerdə sərnişinləri məlumatlandırıram. İnternetin bir şeyi yaxşıdır ki, bunun vasitəsilə başqa dövlətlərin insanları ilə dillərini bilmədən ünsiyyətdə oluruq. Avropa dövlətlərinin çoxunda, Misirdə qarışıq hadisələr baş verir. Səhər baxdım ki, deyirlər əmək haqları 25 faiz artacaq».

Artıq yola düşmə vaxtıdır.

- Yer var?

- Hara gedirsiz?

- Ağstafaya

- Buyurun əyləşin.

İmran Tağıyev nəvələri ilə birgə
İmran Tağıyev nəvələri ilə birgə
Sürücülük bitir. Evdə onu və kompüteri səbirsizliklə gözləyən nəvəsi var.
İmran Tağıyev deyir ki, 4 yaşlı nəvəsi Sabir vaxt tapan kimi kompüterdə oyunlar oynayır. Bu həvəs nəvə-baba arasında söz-söhbətsiz ötüşmür.
5 ildir asudə vaxtını kompüterdə xəbər oxumaqla keçirən 74 yaşlı İmran Tağıyevin arzuları var. Kompüter biliklərini artırmaq, üstəlik ingilis dilini öyrənmək istəyir:

74 YAŞLI SÜRÜCÜ İNGİLİS DİLİNİ ÖYRƏNMƏK İSTƏYİR...

«Bu dəqiqə istəyim ingilis dilini öyrənməkdir. Mən yaşda adama çətindir, amma öyrənməliyəm. «Google» saytından istifadə edirəm, tərcümə edirəm. Uşaqlar nənədən-babadan öyüd nəsihət alırlar. Onlar da bizə baxıb örnək götürürlər. Başa salıram ki, xəbərləri öyrənsinlər».

Az qala gününün çox hissəsini kompüter arxasında keçirən İmran Tağıyev bununla belə müasir gənclərin kitab oxumamasına da təəssüflənir. O, mütaliəni də çox sevir
XS
SM
MD
LG