Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:03

Azərbaycanda qiyabi təhsil ləğv oluna bilər


Milli Məclisinin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Azərbaycanın ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbulun 2015-ci ildən dayandırılacağını söyləyib.

Komitə sədri APA-ya bildirib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq:

«Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar».

Təhsil Nazirinin qiyabi təhsil alanların pedaqoji fəaliyyətinə qoyduğu qadağaya da münasibət bildirən Ş. Hacıyev deyib ki, bu, birbaşa icraedici orqanın səlahiyyətində olan prosesdir, qanunvericiliyə heç bir aidiyyəti yoxdur.
XS
SM
MD
LG