Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:03

Misirdə parlament seçkiləri fevral ayında keçiriləcək


Qahirədə 8 iyul aksiyası
Qahirədə 8 iyul aksiyası
-

Misirin müvəqqəti prezidenti Adly Mansour prezident və parlament seçkilərinin keçirilmə tarixi ilə bağlı fərman verib. Sənədə əsasən 15 gün ərzində Konstitusiya Şurası çağırılmalı, Şura ölkənin əsas qanununa dəyişiklikləri hazırlamalıdır. Bu dəyişikliklərin növbəti 4 ay ərzində referendum yolu ilə təsdiqlənməsi tələb olunur. Yalnız bundan sonra fevral ayında Misirdə parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bunun ardınca isə Misir xalqı növbəti prezidentini seçə biləcək.

Misir ordusu islamçı prezident Mohamed Morsi-ni hakimiyyətdən uzaqlaşdırandan sonra
əvvəlki konstitusiyanın qüvvəsini dayandırıb.

Bu arada ötən gün səhər paytaxt Qahirədə azı 51 nəfərin öldüyü bildirilir. Müsəlman Qardaşlarının iddiasına görə, təhlükəsizlik qüvvələri Morsi-nin saxlandığı güman olunan binanın qarşısında dinc tərəfdarlarına atəş açıb. Ordu isə silahlı təxribata cavab verdiyini bildirir.

ABŞ Misir hərbçilərini «maksimum təmkin» göstərməyə çağırıb və hələlik Misir ordusuna yardımı dayandırmayacağını açıqlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG