Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46
-

O, 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri idi.


Nasir, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu iyulun 8-i gecə saatlarında vəfat edib.

1923-cü il oktyabrın 16-da Masallıda anadan olan Gülhüseyn Hüseynoğlu Bakıda böyüyüb, orta təhsilini paytaxtda alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

O, 40-cı illərdə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri idi.

Təşkilatın məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəgilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi.

Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRI-dən ayırmağa hazırlayır. Təşkilatın qurucularından olan İsmixan Rəhimov, daha sonra Gülhüseyin Hüseynoğlu və digərlərini həbs edirlirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Ünlü romançı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndə bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar

1956-cı ildə o, tam bəraət alaraq aspiranturaya bərpa edilib, universitetdə müəllim saxlanıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub.

Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınan yazıçı otuza yaxın kitabın müəllifidir.

ANS, Mediaforum

"İldırım" təşkilatı haqda film

Şərhləri göstər

XS
SM
MD
LG