Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

ABŞ prezidenti Ramazan münasibətilə müsəlmanları təbrik edir


Tanzania -- U.S. President Barack Obama delivers remarks at a business leaders forum in Dar es Salaam July 1, 2013.

Tanzania -- U.S. President Barack Obama delivers remarks at a business leaders forum in Dar es Salaam July 1, 2013.


ABŞ prezidenti Barack Obama müqəddəs Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarını təbrik edib. Ağ Evdən yayılan sənəddə prezident xanımı Michelle ilə birlikdə islam dünyasına xoş arzularını ifadə edir.

“Bu ay həmçinin bizə xatırladır ki, azadlıq, imkanların bərabərliyi insanlığın vazkeçilməz hüquqlarıdır. Yaxın Şərqdə, Şimali Afrikada çoxlarının öz hüquqları uğrunda mübarizə apardıqları, milyonlarla qaçqının Ramazanı öz evindən kənarda qeyd etməyə məcbur olduğu bir vaxtda yuxarıda qeyd olunan universal dəyərlərin önəmi bir daha sübut olunur.

ABŞ öz taleyini özü müəyyən etməyə çalışan, qorxusuz, zorakılıqsız, azad şəkildə öz inancı ilə yaşayan insanların yanındadır”, - deyə ABŞ prezidentin təbrikində qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsinin qərarına görə Ramazan iyulun 10-da başlayır, iyulun 9-nun isə niyyət gecəsidir. İdarə həmçinin qeyd edib ki, ayın nə zaman görünməsi dəqiq olmadığından müsəlmanların hər ehtimala qarşı orucu iyulun 9-dan başlamaları məsləhətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG