Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

ABŞ Azərbaycanı demokratiya sahəsində öhdəliklərini yerinə yetirməyə çağırır


Arxiv foto: ABŞ-ın ATƏT-dəki səfiri İan Kelly Belorus müxalifətçiləri ilə videokonfrans zamanı.
Arxiv foto: ABŞ-ın ATƏT-dəki səfiri İan Kelly Belorus müxalifətçiləri ilə videokonfrans zamanı.

Vaşinqton Azərbaycan hökumətini demokratiya sahəsində ATƏT qarşısında öhdəliklərini yerinə yetirməyə çağırır. Bu barədə ABŞ-ın ATƏT-dəki səfiri İan Kelly-nin ATƏT-in Bakıdakı ofisinin rəhbəri, səfir Koray Targay-ın qurumun Daimi Şurasına illik hesabatına dair bəyanatında qeyd edir.

Sənəddə qeyd olunur ki, Azərbaycanda vətəndaş vəmiyyəti institutları, siyasi partiyalar, media təmsilçiləri və hüquq müdafiəçiləri Azərbaycan hökumətinin qanunsuz təzyiqlərinə məruz qalırlar: “Biz Azərbaycan hökumətini xüsusilə də toplaşma, birləşmə, fikrin azad ifadə olunması sahələrində ATƏT qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirməyə çağırırıq.

Əvvəllər də Daimi Şurada qeyd etdiyimiz kimi, biz Azad Fikir Universitetinin bağlanmasından və demokratiya uğrunda çalışan fəalların, o cümlədən N!Da Gənclər Hərəkatı üzvlərinin, Respublikaçı-Alternativ Hərəkatının həmtəsisçisi, prezidentliyə namizəd İlqar Məmmədovun həbsindən dərin narahtlığımız davam edir”.

Səfir Kelly bəyanatında həmçinin qeyd edir ki, onun ölkəsi Azərbaycan hökumətini bu ilin oktyabrında keçiriləcək president seçkisini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu, eləcə də Parlament Assambleyasını ölkəyə məhdudiyyətsiz dəvət etməyə çağırır.

ABŞ səfirinin bəyanatında Bakının son illər bir sıra sahələrdə uğurlar əldə etdiyik vurğulanır: “Son 20 ildə biz xüsusilə təhlükəsizlik, enerji və biznes sahələrində çox məhsuldar, əhatəli əməkdaşlıq qurmuşuq.

Azərbaycan təhsil, həyat standartlarının yüksəldilməsi, insan qaçaqçılığı, qadın hüquqlarının müdafiəsi istiqamətində böyük irəliləyişlər əldə edib.

Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda sülhyaratma missiyasına, terrorçuluqla mübarizəyə, enerji təhlükəsizliyi və mənbələrinin müxtəlifləşdirilməsi sahəsində məqsədlərimizin həyata keçirilməsinə vacib töhfələrini verib”.

Bəyanatda həmçinin ATƏT-in Bakıdakı ofisinin statusuna dair Azərbaycan hökumətinin qaldırdığı məsələlərin konstruktiv dialoq yolu ilə həllinə ABŞ-ın dəstəi ifadə olunur.

Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə demokratik azadlıqların boğulması, fəalların həbsi barədə tənqidləri rədd edirlər. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev brüsseldə səfərdə olarkən Azadlıqradiosunun əməkdaşının da bu istiqamətdə sualına cavabında ölkədə azadlıqların bərqərar olduğunu deməklə cavab vermişdi.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın Xarici İşlər naziri Leonid Kozhara da iyulun 8-də Bakıda rəsmilərlə görüşüb. Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında Kozhara bildirib ki, ATƏT-in ofisinin statusunu müəyyənləşdirmək onun yerləşdiyi ölkənin suveren hüququdur: “Ancaq biz ATƏT üzvüyük və komanda ruhu da var. Heç kim Azərbaycanın qərar qəbul etmək hüququnu kiçiltmir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi çox konstruktivdir. Ümid edirəm ki, tezliklə Azərbaycanı və Azərbaycan xalqını təmin edəcək qərarlar qəbul edəcəyik”.

Bakı son aylar ATƏT-in Bakı ofisinin statusunun ölkənin inkişafına münasib olmadığını deyərək onun dəyişdirilməsini tələb edir.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da əlavə edib ki, Bakı oktyabrda keçiriləcək prezident seçkisini müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri ölkəyə dəvət edəcək: “Beynəlxalq hüquqa əsasən, Azərbaycan ölkədə keçiriləcək prezident seçkiləri prosesini müşahidə etmək üçün bütün beynəlxalq təşkilatlara dəvət göndərəcək.
XS
SM
MD
LG