Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Daha ucuz süni mayalanma yolu tapılıb



Belçikada həkimlər insan bədənindən kənarda yumurtaların süni yolla mayalandırılmasının daha ucuz üsullarını tapdıqlarını bildiriblər. bu barədə iyulun 8-də Londonda keçirilən tibbi konfransda Belçikadakı Doğum Texnologiyaları İnstitunun əməkdaşı Elke Klerkx məlumat verib.

Onun sözlərinə görə yeni üsulda yumurtaların mayalandırılması üçün bahalı laboratoriya avadanlıqlarından istifadə olunmur. Bu da prosesin cəmi 260 ABŞ dollarına başa gəlməsinə imkan verir. Halbuki müasir Qərb klinikalarında süni mayalanma prosesinin qiyməti 2000 dollardan yuxarıdır.

Həkimlər hesab edirlər ki, bu üsul inkişaf etməkdə olan ölkələrdə uşaq sahibi ola bilməyən 2 milyondan çox evil cütlüyə ümid işığı ola bilər.
XS
SM
MD
LG