Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:40

Prezident Administrasiyasının xüsusi seçki planı?


Parlament seçkiləri, 7 noyabr 2010

Parlament seçkiləri, 7 noyabr 2010

-
«Azadlıq» qəzeti yazır ki, Prezident Administrasiyası qarşıdakı seçkilərlə bağlı
rayon icra hakimiyyətlərinə seçki direktivləri göndərib. Qəzet sənədin 33 bənd və 2 qeyddən ibarət olduğunu bildirir.

Sənədə məntəqə seçki komissiyalarının tərkibi ilə bağlı sədr və yerli icra nümayəndəsinin məlumatlı olması, kəndə gələn yad adamlar və mətbuat işçiləri barədə dərhal rayon seçki qərargahına məlumat verilməsi, hər bir bölgənin nüfuzlu şəxslərinin siyahısının hazırlanması, onbaşıların, yüzbaşıların işinin təşkili və s. daxildir.

«AZADLIQ» QƏZETİ: «SƏNƏDİN ƏSLİ YAXIN GÜNLƏRDƏ ÇAP OLUNACAQ»

Yazıda sənədin əsli çap olunmayıb. «Azadlıq» qəzetinin redaktoru Rahim Hacıyev deyir ki, məlumatı qəzetə etibarlı mənbə verib və yaxın günlərdə sənədin əsli dərc ediləcək:

«Belə bir sənədi kiminsə fantaziyasının məhsulu hesab etmək olmaz. Sənəd bizə bu barədə məlumat verən mənbənin əlində olub. Sənəddəki müddəalar haqqında da məlumat verilib. Yaxın günlərdə sənədin özü «Azadlıq» qəzetində çap ediləcək».

HƏLƏ SEÇKİYƏ START VERİLMƏYİB Kİ...

Belə bir sənədin olub-olmamasını dəqiqləşdirmək üçün yerli icra hakimiyyətlərindən bir neçəsi ilə əlaqə saxladıq. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev deyir ki, onlarda belə bir sənəd yoxdur:

«Rayon rəhbərliyinin elə bir məsələdən xəbəri yoxdur. Seçkiyə hələ var. Hələ start verilməyib. Prezident Administrasiyasından biz heç bir məktub göndərilməyib».

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Akif Mərdanov «Azadlıq» qəzetində yazılanları yalan adlandırır: Əli Həsənov

Əli Həsənov


«Yazılanlar yalan və böhtandır».

PREZİDENT ADMİNİSTRASİYASI TƏKZİB EDİR

Prezident Administrasiyası hakimiyyətin 2013-cü ilin prezident seçkisi ilə bağlı xüsusi plan hazırladığını yalanlayıb. Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 8-də Mediaforum saytına hakimiyyətin seçkiyə dair heç bir məxfi və xüsusi planının olmadığını söyləyib:

«Bununla bağlı deyilənlərin hamısı uydurma və təxribatdır. Açıq formada deyirəm ki, bunların hamısı «Azadlıq» qəzetinin fantaziyasından, prezident seçkisini ləkələmək, indidən seçkiyə qeyri-demokratik damğası vuraraq ona qara yaxmaqdan başqa bir şey deyil. Prezident seçkisi ilə bağlı, hələlik, heç bir plan mövcud deyil. Biz, hələlik, hər hansı plan elan etməmişik. Mərkəzi Seçki Komissiyası prezident seçkisi haqda müvafiq qərar verməyib. Ona görə də iqtidarın seçki ilə bağlı fəaliyyəti mövcud deyil. Yeganə fəaliyyət hakim Yeni Azərbaycan Partiyasının öz namizədini irəli sürməsi, bununla bağlı qərarın qəbul edilməsidir».

Əli Həsənov bildirib ki, hakimiyyətin gələcəkdə seçki planı mütləq olacaq və həyata keçiriləcək: Rahim Hacıyev

Rahim Hacıyev


«Bizim seçki proqramı və planı qanunlar əsasında, demokratik seçkilərin normaları çərçivəsində və Avropa Şurasının, ATƏT-in müəyyənləşdirdiyi standartlar əsasında həyata keçiriləcək».

«DEMƏLİYDİLƏR Kİ, BELƏ BİR SƏNƏD HAZIRLAMIŞIQ?»

«Azadlıq» qəzetinin redaktoru Rahim Hacıyevin fikrincə, hakimiyyət nümayəndələri məhz belə reaksiya verməli idi:

«Ölkədə bütün seçkilər saxtalaşdırılıb, amma Azərbaycan hakimiyyəti daş atıb başını tutur ki, seçkilər tam ədalətli şəraitdə keçirilib. Zaman-zaman belə sənədlər ortaya çıxıb. Proses yuxarıdan göstərişlərlə aparılır. Bu da o seriyadan biridir. Durub deməyəcəklər ki, belə bir sənəd hazırlanıb? İndi ölkədə demokratik seçki keçirilməsi üçün heç bir şərait yoxdur. Həbslər gedir, mətbuat boğulur, siyasi fəallara qarşı dəhşətli qaralama kampaniyası aparılır. Bu baxımdan belə sənədlərin mövcud olması da təəccüb doğurmamalıdır».

YAZILANLARIN BİR ÇOXU ƏVVƏLLƏR SINAQDAN ÇIXARILIB

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, sənəddəki bəndlərdən inandırıcı görünənlər də var, görünməyənlər də:
Anar Məmmədli

Anar Məmmədli

«Təbii ki, hakimiyyət seçkilərə hazırlaşır, təbii ki, müəyyən planları var. Burda yazılanların bir çoxu əvvəllər sınaqdan çıxmış metodlardır. Hər bir ərazi üzrə seçki prosesində səfərbərlik işlərinin görülməsi, təbliğatçıların hazırlanması, seçki günü bu prosesə dırnaqarası töhfə verəcək adamların müəyyənləşdirilməsi, prosesdə yerli icra strukturlarının iştirakı... – bunlar heç kəsə sirr deyil. «Ancaq müəyyənləşdirin görək, rayona yeni gələn adamlar kimdir»ə bənzər göstərişlər mənə inandırıcı gəlmir».

2008-ci ildə keçirilmiş prezident seçkilərində onbaşı, yüzbaşı və minbaşıları ATƏT müşahidəçiləri görmüşdü.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun həmin seçki ilə bağlı yekun hesabatında deyilirdi ki, sözügedən adamlar ayrı-ayrı iş yerlərindən seçiciləri səsverməyə gətiriblər və məqsəd seçici fəallığını artırmaq olub. Hesabatda bildirilirdi ki, «məlumatlara görə, bu işi yerli icraçılar, yaxud seçki komissiyaları, bəzi hallarda hakim YAP təşkil edib».

Həmin vaxt ATƏT bu halları azad seçim hüququnun – ATƏT-in Kopenhagen sənədinin pozulması adlandırmışdı.
XS
SM
MD
LG