Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:43

Naxçıvan hava limanında gizlədilmiş narkotik aşkarlandı...


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvan Beynəlxalq Hava Limanın ərazisində gizlədilmiş narkotik maddə aşkar edilib.

Bu haqda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, bir Cəlilabad rayon sakini İranla həmsərhəd Şahtaxtı Gömrük Məntəqəsindən Naxçıvana keçərkən şübhəli şəxs qismində saxlanıb. Yoxlama zamanı onun düz bağırsağı vasitəsilə bədəninə yerləşdirdiyi 389 qram narkotik vasitə aşkarlanıb.
Dindirmə zamanı müəyyən edilib ki, bir İran vətəndaşı ona Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində gizlədilmiş narkotik vasitələrin yerini deyib.

Məlumatda daha sonra qeyd edilir ki, saxlanan şəxsin iştirakı ilə hava limanı ərazisinə baxış keçirilib. Əvvəlcədən nişan verilən yerdən ümumi çəkisi 315 qram olan iki növdə narkotik vasitə – tiryək və həşiş aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
XS
SM
MD
LG