Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:39
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fitva verib.

Trend-in məlumatına görə, fitvada Ramazan ayının bu il miladi təqvim ilə iyulun 10-da başladığı, iyulun 9-nun isə orucluğun niyyət gecəsi olduğu bildirilir.

Hər ehtimala iyulun 9-da qəza və ya müstəhəb niyyəti ilə oruc tutmaq məsləhət görülür. Ayın görünməsindən asılı olaraq Ramazan bayramı Şəvval ayının birinə (miladi təqvimi ilə avqustun 8-i və ya 9-na ) təsadüf edəcək.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

QMİ mübarək Ramazan ayında hamını səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG