Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:14

Gənclər Tbilisiyə futbola gələn Rusiya deputatlarına etiraz edirlər




Gürcüstanda “Azad Zona” adlı gənclər təşkilatının onlarla fəalı paytaxt Tbilisiyə futbol oyununa gələn Rusiya deputatlarına qarşı etiraz aksiyası keçiriblər. Onlar bazar ertəsi Tbilisidə rusiyalı futbolçular və deputatların qaldıqları Marriott otelin həyətinə toplaşıblar.
Aksiyaçilar həmçinin onların həmkarlarından 3 nəfərin ötən bazar günü niyə saxlanmasına aydınlıq gətirilməsini tələb ediblər.

Fəallar iyulun 3-də Dinamo Moskva komandası ilə Dinamo Tbilisi arasında yarış zamanı saxlanıblar. Gənclər rusiyalı qonaqları işğalçılar adlandıran şüarlar qaldırmışdılar. Polis aksiyanı dağıdıb, fəallardan 3 nəfəri saxlayıb.

2008-ci ilin avqustunda aralarında qısamüddətli müharibədən sonra Rusiya Gürcüstanın iki separatçı bölgəsini – Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb, həmin ərazilərdə öz qoşunlarını yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG