Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:39

Kuba lideri Snowden-ə siyasi sığınacaq verilməsini müdafiə edir



Kuba lideri Raul Castro Venesuela və başqa latın Amerikası ölkələrinin ABŞ-da fərrarlikdə ittiham olunan kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edward Snowden-ə siyasi sığınacaq vermək təkliflərini müdafiə edir.

Amma ötən bazar Kuba parlamentində çıxışında Castro Kubanın özünün sığınacaq verə biləcəyi, ya da onun Kuba ərazisindən istifadə etməklə başqa ölkələrə keçməsinə icazə verilə biləcəyi barədə heç nə deməyib.

Rusiya hava yollarının təyyarələri həftədə bir neçə dəfə Moskvadan birbaşa Kubaya reyslər həyata keçirilər. Snowden-in də həmin təyyarələrdən biri ilə Kubaya, oradan da başqa Latın Amerikası ölkələrinə gedə biləcəyi barədə ehtimallar səslənir.

Hələlik rəsmi təsdiqlənməyən xəbərlərə görə Edward Snowden 2 həftədən çoxdur Moskvada Şeremetovo hava limanının tranzi bölməsindədir. O, ABŞ-a verilməkdən can qurtarmaq üçün Hon-Konqdan Ekvadora gedərkən Vaşinqton pasportunu ləğv etdiyindən hava limanının tranzit bölməsində qalıb.

Moskva onu Vaşinqtona verməkdən imtina edir.

Venesuela və Boliviya artıq Snowden-ə sığınacaq təklif edib.
XS
SM
MD
LG