Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:33

Misirdə azı 40 nəfər həlak olub, sələfilər danışıqlardan çıxdıqlarını bildirirlər



Misirin Səhiyyə Nazirliyinin sözçüsü bildirir ki, devrilmiş president Muhammad Morsinin tərəfdarlarına atəş açılması azı 40 nəfərin ölümünə səbəb olub. Morsinin tərəfdarları hücumda ordunu günahlandırırlar. Ordu isə iyulun 8-də kütləyə silahlı terrorçuların atəş açdığını bildirir.

Mühafizəkar sələfilərin Nur partiyası Morsi tərəfdarlarının güllələnməsindən sonra yeni hökumətin formalaşdırılmasına dair danışıqlardan çıxdığını bəyan edib.
Hadisə keçmiş president Muhammad Morsinin saxlandığı guman edilən hərbi hissənin yaxınlığında baş verib. Morsi tərəfdarları günlərdir həmin hissənin qarşısını tərk etmir.
DPA agentliyi xəbər verir ki, ordu həmin hərbi hissəyə hücum etməyə çalışan 200 nəfəri saxlayıb.

Misirdə müxalifət prezidenti ölkədə islam diktaturası yaratmaqda ittiham edərək kütləvi etiraz aksiyaları keçirib. Prezident Morsinin tərəfdarları ilə müxalifət fəalları arasında qarşıdurma 40-a yaxın adam həlak olub. Bundan sonra keçən həftə ordu araya girərək prezidenti hakimiyyətdən kənarlaşdırıb. Mühammad Morsi və onun mənsub olduğu Müsəlman Qardaşlığı təşkilatından çox sayda adamın həbs edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG