Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33
-

Avtobus qəzası zamanı yaralananlardan biri xəstəxanada saxlanıb, qalanları evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 53 yaşlı Gülçöhrə Süleymanovadır. AzadlıqRadiosuna 3 saylı şəhər klinik xəstəxanasından verilən məlumata görə, xəstənin bel fəqərəsi sınıb, vəziyyəti ağır-stabildir.

Qəzada xəsarət alan uşaqlara gəlincə, onlardan birinin 3, digərinin 13 və üçüncünün 16 yaşı var.

«Onların ikisində bazu sümüklərinin sınıqları və əzilmiş yara qeydə alınıb».

SURAXANIDA AVTOBUS QƏZASI OLUB, XƏSARƏT ALANLAR VAR

İyulun 8-də Bakının Suraxanı rayonunda avtobus qəzası baş verib. Qəza zamanı yaralanan 13 nəfər 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib. Yaralılardan 3-ü uşaqdır. Bu haqda AzadlıqRadiosuna xəstəxanadan bildirilib. Qəbul şöbəsindən deyiblər ki, yaralıların vəziyyəti haqda detallı informasiya az sonra veriləcək.

APA-nın məlumatına görə, İlyas Kərimovun idarə etdiyi «99-DM-427» dövlət nömrə nişanlı «Ford Transit» markalı yük avtomobili ilə, Əhməd Məmmədovun sürdüyü «10-TG-065» dövlət nömrə nişanlı «Temsa» markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 113 saylı avtobus marşrutu aşıb.

Avtobus sürücüsünün verdiyi məlumata görə, qəzaya səbəb avtobusda texniki nasazlığın baş verməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG