Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:25
-

«Moldova ombudsmanı Aurelia Grigoriu-yə təzyiq və təhdidlər göstərdi ki, Ermənistan terror siyasəti yürüdür». APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov «Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri» mövzusunda beynəlxalq konfransda deyib.

«Moldova ombudsmanının Xocalı soyqırımı ilə bağlı ədalətli bəyanatına erməni tərəfinin reaksiyası, bunun ardınca başlanan təqiblər və Aurelia Grigoriu-yə Yerevanda edilən təzyiqlər göstərdi ki, Ermənistan rəhbərliyinin yürütdüyü terrorçuluq siyasəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyur».

Elnur Aslanov qeyd edib ki, Avropa institutları Moldova ombudsmanının Ermənistanda üzləşdiyi situasiya ilə bağlı öz prinsipial mövqelərini ifadə etməlidir: «Avropa Parlamenti insan haqlarının müdafiəsinin tərəfdarı olduğunu, ikili standartlar siyasəti yürütmədiyini nümayiş etdirməlidir. Biz Avropa Parlamentindən bu addımı gözləyirik».

Moldova parlamentinin ombudsmanı Aurelia Grigoriu iyulun 4-də Ermənistan parlamentində keçirilən ümumavropa konfransında erməni tərəfi Azərbaycan torpaqlarının 20%-ni işğal etməkdə ittiham edib. O, Xocalı hadisələri haqda danışarkən deyib ki, Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib.

Ermənistan parlamentinin vitse-spikeri Hermine Naghdalyan ombudsmanı parlament tribunasından sifarişləri yerinə yetirmək üçün istifadə etməməyə çağırıb.

Moldovanın Konstitusiya Məhkəməsinin üzvü Victor Popan isə bir gün sonra deyib ki, bu insident araşdırılacaq və əlavə edib ki, ombudsmanın Dağlıq Qarabağ münaqişəsi haqda dedikləri onun şəxsi fikridir.

İyulun 8-də Bakıda «Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri» mövzusunda keçirilən konfransında 20-dən çox ölkədən 60-dan artıq rəsmi nümayəndə, diplomat, alim, ekspert, tarixçi və tədqiqatçı iştirak edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG