Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:15

«Müsəlman Qardaşları» Misirin təhlükəsizlik qüvvələrini ittiham edir


«Müsəlman Qardaşları» Qahirədəki etiraz aksiyası zamanı Misir təhlükəsizlik qüvvələrinin təşkilat tərəfdarlarına atəş açdığını bildirir. Bu zaman onlarla tərəfdarının öldüyü və yaralandığı da deyilir.

Təşkilat üzvlərinin sözlərinə görə, atışma iyulun 8-də devrilmiş prezident Muhammad Morsi-nin saxlandığı Respublika Qvardiyası yaxınlığında baş verib.

Müsəlman Qardaşları Morsi-nin hakimiyyətdən uzaqlaşdırılmasını qəbul etmirlər və o yenidən dövlət başına qayıdanadək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.
XS
SM
MD
LG