Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:28

Misirdə qarşıdurmada azı 40 nəfər ölüb- [Video]


-

Bu səhər Qahirədə hakimiyyətdən kənarlaşdırılan prezident Mohamed Morsi-nin tərəfdarlarının dağıdılması zamanı azı 40 nəfər adam ölüb, xəsarət alanlar var.

Bu barədə «Müsəlman Qardaşları» təşkilatının nümayəndəsi bildirib. Təşkilatın iddiasına görə, Misirin təhlükəsizlik qüvvələri Morsi-nin saxlandığı binanın yaxınlığında dinc aksiyaçılara atəş açıb.

Öz növbəsində Misir hərbçiləri bildiriblər ki, «terrorçu qruplaşmanın» Respublika qvardiyasının binasına hücumu zamanı bir hərbçi ölüb.

Bazar günü on minlərlə M. Morsi tərəfdarı ilə əleyhdarı Misirin bir çox şəhərində nümayiş keçirib.

«Müsəlman Qardaşları» Mohamed Morsi-nin yenidən hakimiyyətə qaytarılmasını tələb edir.

Sakitlik yaratmaq üçün ordu Morsi tərəfdarlarının Qahirədə toplaşdığı Rabaa Adawia məscidi ətrafında böyük ərazini mühasirəyə alaraq nəqliyyatı dayandırıblar.

Qahirədə Nil üzərindəki əsas körpülər də bağlanıb.

Xaos yeni hökumət qurmaq danışıqları iflasa uğrayandan sonra daha da dərinləşib.

Sələfilərin mühafizəkar Nur Partiyası – o partiya ki Morsinin devrilməsini dəstəkləmişdi – danışıqlardan çıxıb və bunu bazar ertəsi baş verən “qırğınlarla” əlaqələndirib.

Nur Misirin ikinci böyük islamçı partiyasıdır və onun yeni hökumət qurmaq danışıqlarında iştirakı vacibdi - əks halda qurulacaq istənilən hökumət legitim və çoxluğu təmsil edən tək görünməyəcək.

Nur liberal siyasətçi Muhammad ElBaradei-in baş nazir postuna namizədliyinə “yox” deyib.

Bunun əvəzində rəsmilər müvəqqəti baş nazir postuna demokrat vəkil Ziad Bahaa el-Din-in təyin edilməsinə ümid edirlər.

ElBaradei isə bazar ertəsi baş vermiş zorakılığı pisləyərək Misirdə təcili olaraq barışığa ehtiyac olduğunu Twitter-də bəyan edib.

Ötən həftə Mohamad Morsi hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılıb. Misirin Konstitusiya Məhkəməsinin sədri Adli Mansur müvəqqəti prezident kimi and içib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG