Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:21

Avropa Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib


Avropa Məhkəməsi
Avropa Məhkəməsi
-
2010-cu ilin parlament seçkilərilə bağlı 14 şikayət üzrə kommunikasiya başlayıb. Məlumatı AzadlıqRadiosuna şikayətiçilərdən biri – ReAL-ın icra katibi Natiq Cəfərli verib.
Onun dediyinə görə, kommunikasiyanın başlanmasına dair Avropa Məhkəməsindən məktub alıb.
Şikayətçilərin sırasında Natiq Cəfərli ilə yanaşı vəkillər Ənnağı Hacıbəyli və Xalid Bağırov, müsavatçı gənc Səxavət Soltanlı, AXCP-dən Arzuman Məcidli, Təzəxan Mirələmli və Xalid Bahadır, daha sonra Vüqar Sabiroğlu, Elnur Məcidli, Parviz Hashimli, Ziyafət Hüseynli, Ali Qasımlı, Akif Cavadov və Eyyub Umudovun adı var.
Şikayətlər 2010-cu il parlament seçkilərində total seçki saxtakarlıqları, seçkidə namizədliyə iddialıların qeydə alınmaması və digər pozuntularla bağlıdır.
Ümumilikdə 2010-cu ilin parlament seçkilərilə bağlı Strasburqa 120-dən çox şikayət göndərilib.
Bundan öncə Avropa Məhkəməsinə 2005-ci il in parlament seçkiləri ilə bağlı 11 şikayətə mahiyyət üzrə baxaraq onun müəlliflərinin azad seçki hüququnun pozulduğunu təsdiqləyib. Məhkəmə Onların arasında AXCP sədri Əli Kərimli, xalq artisti Flora Kərimova, “Qaya” mətbuat yayımı firmasının rəhbəri Xanhüseyn Əliyev, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev də var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG