Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:51

Naxçıvanda küçə incəsənəti


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

02.07. 2013


KÜÇƏ İNCƏSƏNƏTİ

...Növbəti gün dostlarımdan biri ilə danışıb “küçə musiqiçiləri” ilə məni görüşdürməsini istəyirəm. Onlarla Cəmşid Naxçıvanskinın ev-muzeyinin yanındakı bağda görüşürük. Əllərində gitaraları özləri üçün müxtəlif mahnılar ifa edir, hətta öz aralarında bəzən “kiçik festivallar” da təşkil edirlər. Burda nəsə xüsusi bir “fəxri fərman və qiymətli hədiyyə” almasalar da, bir-biri ilə yarışmaq, kim daha yaxşı ifa etdi ifadəsini dostlarının dilindən eşitmək onlara stimul verir. Bəziləri musiqi məktəbləri, incəsənətlə bağlı ixtisaslarda təhsil alsalar da, digərləri üçün bu, sadəcə, hobbidir.

Bilmirəm, “flaş-mob”u da küçə incəsənətinə aid etmək olar, ya yox, amma hər halda özləri ilə görüşə bilmədiyim, amma sosial şəbəkələr vasitəsilə fəaliyyətlərindən xəbərdar olduğum “flaş-mob”çular bunu mədəni istirahətin təşviqi üçün istifadə ediblər. “Flaş-mob” bir qrup gəncin hansısa mövzuya diqqət çəkməsi üçün əvvəlcədən planlaşdırılmış şəkildə hər hansı bir hərəkəti yerinə yetirməsidir. Keçənlərdə bir yerə toplaşan gənclər cəmiyyətdə kitab oxunmasına diqqət çəkmək üçün bunu ediblər. Müxtəlif istiqamətlərdən gələn “flaş-mob” iştirakçıları şəhərin mərkəzi hissələrindən birində qəflətən dayanıblar və hər kəs elə durduğu yerdə çantasından müxtəlif kitabları çıxararaq oxumağa başlayıb. 10 dəqiqə ərzində oxunan qısa məzmunla “flaş-mob” iştirakçıları ətrafa “oxumaq lazımdır” ismarışını veriblər. Həm özləri oxuyublar, həm əyləniblər, həm də bir anlıq da olsa, diqqəti bu vacib məsələyə yönəldiblər. “Bizdə kitab oxuyanlar əhalinin cəmi 3 faizini təşkil edir” kimi statistikanı sadalamadan. Daha sadə “dil”lə, daha dəqiq desək, əməllə.

«Vasif Talıbov iməcilikdə iştirak edib»

Naxçıvanda keçirilən növbəti iməcilikdə yaşıllıqlara qulluq göstərilmişdir.
Təbiətin qorunmasında, yeni yaşıllıq zolaqlarına qulluq göstərilməsində iməciliklərin mühüm əhəmiyyəti vardır. Ona görə də muxtar respublikada iməciliklər mütəmadi olaraq davam etdirilir, isti və quraq aylarda da təbiətin mühafizəsinə ciddi diqqət yetirilir, ona qayğı ilə yanaşılır.

İyunun 29-da muxtar respublikada keçirilən növbəti iməciliklərdə ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etmiş, yaşıllıq zolaqlarına və meyvə bağlarına qulluq göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin ətrafındakı 2,5 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər zamanı ərazidə müxtəlif meyvə tingləri əkilmişdir. Vaxtlı-vaxtında qulluq göstərildiyindən ağaclar bara dolmuşdur. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərmiş, suvarma işləri aparmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.
XS
SM
MD
LG