Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:13
-
AXCP Bakı İstintaq Təcridxanasında saxlanan Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin səhhətindən narahatdır.
Partiya bununla bağlı bəyanat yayıb.
Vəkilləri və yaxınlarının məlumatına görə, İlkin Rüstəmzadənin səhhətində ciddi problemlər yaranıb və gələn həftə sonu əməliyyat olunmalıdır.
Bəyanatda AXCP, günahsız yerə həbsə alınmanı, pis rəftarı, qeyri-insani darvanışı, saxlanma yerlərində olan çatışmazlıqları məhbusların sağlamlığını korlayan ən ciddi faktorlar kimi sadalayır.
İlkin Rüstəmzadənin əsassız və siyasi qərəzin nəticəsi olaraq həbs olunduğunu bəyan edən AXCP həbsxanalarda son vaxtlar siyasi məhbusların sağlamlığına qəsd olunmasının adi hal aldığını qeyd edir:
“Ağır xəstəliyinə baxmayaraq normal müalicəsinə şərait yaradılmadığından bir il əvvəl həbsxanada dünyasını dəyişən hicab məhbusu Vaqif Abdullayev, vicdan məhbusları - “hepatit C” daşıyıcısı, cəhbəçi gənc Tural Həsənov, astmadan əziyyət çəkən başqa bir cəbhəçi gənc fəal Daşqın Məlikov, talassemiya xəstəsi, “NİDA”çı Zaur Qurbanlı, dağınıq skeleroz xəstəliyindən əziyyət çəkən, AXCP sədrinin qaynı Elnur Seyidov, şəkər xəstəliyi olan, milli azadlıq hərəkatının öncüllərindən Nemət Pənahlı deyilənlərə bariz nümunədir. AXCP hakimiyyətin bu yanaşmasını kəskinliklə pisləyir və tələb edir ki, Azərbaycan hakimiyyəti, penitensiar xidmət qanunlara əməl etsin, siyasi məhbusların sağlamlıq vəziyyətlərindən təzyiq vasitəsi kimi istifadə edilməsinə son qoyulsun”.
AXCP məhbusların sağlığına birbaşa hökumətin cavabdeh olduğunu xatırladaraq, hakimiyyəti İlkin Rüstəmzadənin vəziyyətini nərazətə götürməyə və təxirəsalnmaz tədbirlər görməyə çağırır.
İlkin Rüstəmzadə mayın 17-dən həbsdədir. O, Youtube-da yerləşdirilən «Hаrlem Shake» videosunu hazırlamaqda təqsirləndirilir. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG