Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:29
-
ABŞ-ın Californiya ştatının San-Fransisko şəhərinin beynəlxalq hava limanında «Boeing-777» təyyarəsi qəzaya uğrayıb. Nəticədə 2 nəfər ölüb, 100-dən çox yaralı var.
Seul-San-Fransisko relsi ilə uçan «Asiana Airlines» şirkətinə məxsus təyyarə eniş zamanı qəza törədib. Qəzanın səbəbləri araşdırılır. Federal büronun ilkin açıqlamasına görə, qəzanın terror aktı olmasına dair heç bir iz aşkarlanmayıb.
Təyyarədə 16 nəfərdən ibarət heyət və 291 sərnişin olub.

Sərnişinlərin əksəriyyəti Cənubi Koreya, Çin və Birləşmiş Ştatlardandır.

Məlumata görə, ölənlər Çin vətəndaşlarıdır. 50 nəfər yaralının vəziyyəti ağırdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG