Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:48

Zeynalabdin Tağıyev: "Alçaqlar! İdraksız, mərifətsiz, şüursuz töküntülər!"


Hacı Zeynalabdin Tağıyev (1838-1924)

Hacı Zeynalabdin Tağıyev (1838-1924)

-

Məmməd Səid Ordubadi öz romanında Bakı milyonçusunu filosof kimi danışdırırdı?..

Sizcə, Sovet dövrünün ədəbiyyatşünası Məmməd Arif onun və o vaxtın digər tanınan yazarı Əli Vəliyevin dilini tənqid etməkdə haqlıydımı?


Məmməd Arif


DİL VƏ ÜSLUB

(Məqalədən parça)


Yazıçılar bəzən ən adi və orta səviyyəli qəhrəmanların danışıq dilinə qədər alçalır, öz bədii dillərini lorulaşdırır, səthiləşdirir, bəzən də ən adi və orta səviyyəli qəhrəmanlarını öz dillərində, yəni müəllifin bədii dilində danışmağa məcbur edirlər. Bu halların hər ikisi yazıçılarımızın bədii dilini ibtidailəşdirir.

C.Cabbarlının Salamovu necə təbii və özünəməxsus bir əda ilə danışdırdığı yadımızdadır. Bu, yaradıcılıqdır. Təxminən həmin xasiyyətdə olan bir adamı, Hacı Zeynalabdin Tağıyevi M.S.Ordubadi "Gizli Bakı" romanında, görün, necə qeyri-təbii bir dillə danışdırır: "Mənim həyatım təcrübələr süzgəcindən keçib saflaşmış bir həyatdır. Mən hadisələrin qəlbirindən keçmişəm. Burada oturanlar müsəlman ruhunun şirəsidirlər". Hacının söyüşləri də nitqi kimi qeyri-təbii və sünidir: "Alçaqlar! İdraksız, mərifətsiz, şüursuz töküntülər!".
Məmməd Səid Ordubadi

Məmməd Səid Ordubadi


Bu dil, əlbəttə, Hacının dili deyildir, bu dil Bakı milyonerini xarakterizə etmir; çünki "həyat təcrübələrinin süzgəci", "hadisələrin qəlbiri", "ruhun şirəsi" kimi ifadələr onun ifadələri deyildir. Belə mücərrəd məfhumlar onun danışığına kolorit deyil, bir sünilik və qeyri-təbiilik verir. Burada heç bir yaradıcılıq yoxdur; əksinə bədiiliyi, daha doğrusu həyat həqiqətini pozan qeyri-bədiilik vardır.

Bunun əksinə olaraq Əli Vəliyev kimi yazıçılar özlərini qəhrəmanlarının Əli Vəliyev

Əli Vəliyev

əviyyəsinə qədər alçaldır və müəllifin dili ilə qəhrəmanların dili arasındakı hüdudu pozurlar. Əli Vəliyevin dili sadə və aydındır, lüğət tərkibi etibarilə də xeyli zəngindir. Onda düyümlü cümlə və anlaşılmaz ifadələr yoxdur. Lakin bununla bərabər onun dili bədii cəhətdən bir qədər bəsit və hətta sadəlövh dildir. Onun qəhrəmanlarının hamısı demək olar ki, bir dildə, çox adi və bəsit dildə danışırlar. Bütün qəhrəmanların və hətta müəllifin özünün də bu dildə danışması dildə bir yeknəsəqlik, adilik, məhdudluq əmələ gətirir.

Əli Vəliyev bəzən öz təşbeh və müqayisələrini də çox sadələşdirir və məhəlliləşdirir. Məsələn, "Dükançı tütəyin dilini çəkdi", "O, kişinin qırımını gördü". "Tağının şəkli qəzetdə çıxan gün elə bil Ələsgərin ölüsü öldü", "Gürşadın sözləri keçi piyi kimi Muxtarın sinəsinə yayılırdı", "Ənvərin bikef dolanması arvadını sıxılmış pencərə döndərirdi", "Xəcalətindən köynək-köynək ət tökürdü" və sairə.

Əli Vəliyevin işlətdiyi bu idiomatik ifadələr canlı xalq dili nöqteyi-nəzərindən maraqlıdır; belə ifadələr vasitəsilə yazıçı öz qəhrəmanlarını xarakterizə etməyə çalışdığı zaman o çox müvəffəq olur. Lakin məsələ orasındandır ki. yazıçı bu ifadələri öz nitqində işlədir və beləliklə də tiplərin dili ilə öz dili arasındakı hüdud pozulur.

Müəllifin öz dilində bu idiomatik xalq ifadələri qəribə səslənir. Bütün bunlar göstərir ki, Əli Vəliyev adi danışıq, mükalimə səviyyəsindən yuxarya qalxmaq istəmir, dərin təfəkkürü, incə hissiyyatı daha təsirli ifadə edə biləcək bədii vasitələrdən istifadə edərək yüksəlmək istəmir...

Məmməd Arif. Seçilmiş əsərləri. 1-ci cild, Bakı, 1967

Günün bütün mövzuları

XS
SM
MD
LG