Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:02

"Mən Rusiyada yeganə intellektualam"


31 may, 2013 - Eduard Limonovu toplaşmaq azadlığının müdafiəsi uğrunda keçirdiyi aksiyada saxlayıblar.

31 may, 2013 - Eduard Limonovu toplaşmaq azadlığının müdafiəsi uğrunda keçirdiyi aksiyada saxlayıblar.

-

"Putin, sadəcə, Roma İmperiyasının qürubuna az qalmış ortaya atılan zavallı bir sezardır. O, ancaq yalanın köməyi ilə hakimiyyətdən sallaşıb qala bilib".


Tanınmış rus yazıçısı Eduard Limonovun Fransanın “Books” jurnalına müsahibəsi


- Emmanuel Karrera (Emmanuel Carrère) sizə həsr etdiyi kitabının sonunda yazır: “Məncə, Putin görkəmli dövlət xadimidir və onun məşhurluğu təkcə hökümətyönümlü KİV-lərin insanların düşüncəsinə təsiri ilə əlaqədar deyil”. Siz belə nəzər nöqtəsi ilə bağlı nə düşünürsünüz?

- Karreranın baxışı xarici müşahidəçinin baxışıdır. Mənim nəzər nöqtəm isə başqa cürdür. Putin hakimiyyətə varis kimi gəlib: o, Yeltsinin sevimlisi idi. 2000-ci ilə qədər onun bir damcı da olsun siyasi işi, ya da partiyadaxili mübarizəsi yox idi. Bu vaxta qədər o bir dəfə də olsun seçkilərdə iştirak etməmişdi. Qısacası, o, siyasətçi deyildi. O hər şeyi onun-bunun əlinə baxıb öyrənib. Daha doğrusu bizim əlimizə baxıb. İndi isə onun səhvlərinə görə bütün Rusiya “cavab verməli” olur.

Putinin məşhurluğunu danmıram, amma bu ancaq və ancaq onun dövlət başçısı olması ilə əlaqədardır. Rusiyada prezident elə Allah kimi bir şeydir. Ancaq onun rəhbərlik etdiyi dövlət artıq Yeltsin tərəfindən dağıdılıb və indi də hissə-hissə sökülüb uçulmaqdadır. Mahiyyətcə indi o, rus dövlətinin bu özəyinə qədər sökülüb dağıdılması prosesinə rəhbərlik edir. O mənə Roma İmperiyasının qürubuna az qalmış ortaya atılan zavallı sezarı xatırladır.

- Bəs onda nəyə görə ümumi rəy sorğusuna görə, rusların böyük əksəriyyəti Putini dəstəkləyir?
Putin və Medvedev

Putin və Medvedev


- Rusiyada aparılmış sorğulara və bu qəbildən başqa ictimai rəyi öyrənməyə yönəlmiş araşdırmalara bel bağlamaq olmaz. Bizdə seçkiləri saxtalaşdırdıqları kimi, rəy sorğularını da asanlıqla saxtalaşdırırlar. Ayıq insanlar üçün artıq həyasızca saxtalaşdırılımış elə sorğular mənasız şeyə çevrilib

- Belə çıxır ki, həqiqətən hakimiyyətyönümlü KİV-lər "Putin Brejnevin libasında". Karikatura

"Putin Brejnevin libasında". Karikatura

usların beynini yuyur?

- “Rusiyalılar” çoxlu sayda cürbəcür qruplardan ibarətdir. Ölkə heç də eyni tipli və eyni şeyi düşünən bir dəniz dolusu kəllədən ibarət deyil. Bu gün varlılar Putindən qorxur (Xodorkovskini ilişdirəndən sonra), kasıblar ondan üz döndərib (2005-ci ildə sosial imtiyazları ləğv etdikdən sonra), ziyalıların isə ondan zəhləsi gedir, çünki o, siyasi etikanı heç sayır və bütün azadlıqları minimuma endirib. Belə olan halda əlbəttə ki, onu ancaq təqaüdçülər dəstəkləyə bilər. Elə onun əsas elektoratını təqaüdçülər təşkil edir.

- Siz indiki Rusiyadakı siyasi rejimi necə adlandırardınız: avtoritar demokratiya, demokrtaik monarxiya, mafioz oliqarxiya, ya da başqa bir şey?

- Stalin hakimiyyətdə NKVD -nin (Daxili İşlər üzrə Xalq Komissarlığı) amansızlığı sayəsində qala bilmişdi. Putinsə hakimiyyətdə yalan sayəsində qalmaqdadır.Biz indi rus koloritləri ilə boyanmış,demokratiyanın xüsusi tipi olan imitasiya demokratiyasına can atan polis dövləti, yalan imperiyasında yaşayırıq.

- Müasir Rusiyada intellektuallar hansısa mövqeyə sahibdirlərmi?

- Ciddi desəm, bu gün mən müasir Rusiyada “intellektual” ünvanına iddia edə biləcək yeganə insanam. Böyük bir ziyalı təbəqəsi köhnə ideyaların (kommunizm və liberalizm kimi) istismarı altında yaşayır, bu, həqiqətən belədir. Lakin onların arasında yeni ideyalara qapılar açan hansısa intellektual görməmişəm. Bu rolda ancaq özümü görürəm. Fransada məni pis tanıyırlar və ümumən “Limonov” adlanan bestseller kimi oxuyurlar (mənə belə xəbər veriblər). Onlara görə mən maraqlı bioqrafiyası olan qatı avantüristəm. Həmçinin fransızlar mənim: “Nizam-intizam sanatoriyası”(1989), “Qarovulçunun qətli” (1992), “Başqa Rusiya” (2003), “Kafirlər” (2008) kimi yeni şüura xidmət edən kitablarımdan da xəbərsizdirlər. Mən Rusiyada iki nəslin gənclərinə təsir etmişəm. On minlərlə gənc mənim yaratdığım (indi qadağan edilmiş – tərc) “Millətçi-bolşevik partiyası”nın sıralarında mübarizə aparıblar. (Bilirəm ki, belə adı olan partiya fransızları dəhşətə gətirir).

- Siz hələ də özünüzü millətçi-bolşevik hesab edirsiniz?

- İndi mən “Başqa Rusiya”nın icraedici şurasının rəhbəriyəm. 19 aprel 2007-ci ildə Moskva məhkəməsi tərəfindən Millətçi-bolşevik Partiyasının fəaliyyətinə qadağa qoyulub. Ona üzv olduğu üçün insanları tutub, mühakimə edib, həbsə atırlar.

- Rusiya üçün əsas ümid yeri nədir?

- Ölkədə vətəndaş müqaviməti aksiyalarının baş qaldırdığını görmək xoşdur. Məsəlçün bunlardan biri elə mənim partiyamın Moskva və Sankt-Peterburqda təşkil etdiyi mitinqlərdir. Bundan əlavə Putin-Medvedev tandemi hakimiyyətinin öz nüfuzunu tamam itirdiyini çılpaq gözlə də görmək mümkündür. Ümidverici göstəricilər var: artıq savadlı adamlar arasında hakimiyyətin tərəfində olmaq dəbdə deyil. Adamlar proqressiv görünmək üçün bu rejimə qarşı çıxış etməyin vacibliyini anlayırlar.

02/11/2011

Çeviri: Namiq Hüseynli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG