Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

Qurban Məmmədovun hüquqlarını müdafiə komitəsi yaradıldı


-
İyulun 6-da vəkil və siyasi fəal Qurban Məmmədovun hüquqlarının müdafiəsi üçün hüquqşünasların, siyasi partiya və ictimaiyyət nümayəndələrinin iştirakıyla toplantı keçirilib.

Qurban Məmmədov iyunun 4-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilib. O, yol hərəkəti qaydalarını pozmaqda ittiham olunur.

Vəkil Aslan İsmayılov bildirdi ki, bütün hüquqşünaslar mantiyasını geyinib Baş Prokurorluq qarşısında Qurban Məmmədovun həbsinə etiraz etməlidir.

Hüquqşünas Kamal Əhmədov dedi ki, «Qurban Məmmədovun haqsızlığa qarşı mübarizə aparması, müxalifət daxilində birləşdirici rol oynaması hakimiyyəti əsəbiləşdirmişdi».

Vəkil Fəxrəddin Mehdiyev Qurban Məmmədovun həbsinin siyasi sifariş olduğunu bildirdi:

«Hüquqşünaslar fəal olmalı, şərin qarşısında olmalıdır. Müzəffər Baxışovu məhkəməyə verəndə, biz 30 vəkil mantiyamızı geyinib məhkəmə zalına girdik. Bu da öz təsirini göstərdi».

Vəkil Xaliq Bağırov isə siyasi motivlərlə həbs olunanların sayının rekord həddə çatdığını vurğuladı.

AXCP sədri Əli Kərimli dedi ki, Qurban Məmmədovun müdafiəsi yüksək səviyyədə təmin olunmalıdır. AXCP sədri vəkillərin mantiya geyinib məhkəmələrin qarşısına getmək təklifini dəstəkləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG