Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

Nigeriyada məktəbi yandırdılar, 30 şagird öldü


-
Nigeriyanın şimal-şərqində naməlum şəxslər internat məktəbə hücum edib. Azı 29 şagird və bir müəllim həlak olub. Yaralılar xəstəxanalara çatdırılıb.

Hücum iyulun 6-da səhər Yobe ştatının Mamudo şəhərində baş verib.

Şahidlər bildirir ki, hücum edənlər əllərində benzin dolu qabla məktəbə girib. Bundan sonra məktəb yanıb.

Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Yobe ştatı may ayından Nigeriyada fövqəladə vəziyyət elan olunan 3 ştatdan biridir.

2010-cu ildən Nigeriyada silahlılar onlarla məktəbi yandırıb, yüzlərlə adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG