Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:53

Müxalifətçi məhbus yeməyindən zəhər çıxdığını bildirir


14 saylı Cəzaçəkmə Müəssisəsi

14 saylı Cəzaçəkmə Müəssisəsi

-
Azərbaycan Demokrat Partiyası (ADP) Gənclər Təşkilatının fəalı, hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Rəsul Mürsəlov mediaya ünvanladığı məktubda ona olan təzyiq və təhqirlərdən yazıb.

Rəsul Mürsəlov yazır ki, cəzaçəkmə müəssisəsinə gələn gün döyülüb, təhqir olunub. Görüş, telefon danışığı, ərizə və məktubların göndərilməsinə qadağa qoyulub. Aprelin 23-də isə onu zəhərləmək istəyiblərmiş.

Rəsul Mürsəlov həbsxanada rüşvətin adi hal olduğunu, amnistiyaya düşən məhkumlardan belə rüşvət alındığını bildirir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, Rəsul Mürsəlovun dediklərinin heç biri doğru deyil:

«Onun dedikləri cəfəngiyatdır. Məhkum daxili intizam qaydalarında əməl etmirsə, qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirlərindən istifadə olunur. Tənbeh tədbirlərini işgəncə kimi qəbul etmək düzgün deyil. Hər hansı döyülmədən söhbət gedə bilməz».

Rəsul Mürsəlov dostu Əlirza Qutlu ilə ötən il iyulun 18-də Balakəndə saxlanıb. Onlara Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.

Balakən rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi 1 il 6 ay azadlıqdan məhrum edilib.

ADP hesab edir ki, Rəsul Mürsəlovun heç bir qanunsuz əməli yoxdur və həbsi siyasi fəaliyyəti ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG