Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:49

Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq istəyir


Keçmiş deputat Hüseyn Abdullayev

Keçmiş deputat Hüseyn Abdullayev


Sabiq deputat Hüseyn Abdullayev "Yeni Musavat" qəzetinə yeni bəyanat göndərib.

Keçmiş deputat növbəti bəyanatla çıxış etməsinə səbəbin ailə üzvlərinə təqiblər olduğunu yazır: "Son bir həftə ərzində mövcud iqtidar nümayəndələri, başda İlham Əliyev, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Bəylər Əyyubov, Kəmaləddin Heydərov və Fazil Məmmədov olmaqla, ailə üzvlərimə və mənə yaxın olan digər şəxslərə qarşı misli görünməmiş bir repressiv təqib üsuluna əl atıblar və hər gün onlara yeni bir saxta cinayət ittihamı tətbiq edib hədə-qorxu gəlirlər.

Mən Hüseyn Abdullayev öz adımla onlara bəyan edirəm ki, mənimlə olan ədavətlərini və qisaslarını yaşlı valideyinlərimdən – ata-anamdan almasınlar. Əmin olsunlar ki, hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq bir gün törətdiyi bütün qanunsuzluqlara görə artıqlaması ilə cavab verəcək", deyə Hüseyn Abdullayev bəyanatında yazır.

H.Abdullayev həmçinin qeyd edir ki, Azərbaycan hakimiyyətinin haqsız təqiblərinə cavab olaraq Almaniyadan siyasi sığınacaq istəyib: “Artıq müvafiq sənədləşmə işi yekunlaşmaq üzrədir. Gələn həftənin 1-ci günü, iyulun 8-də siyasi sığınacaqla bağlı Almaniya hökumətinə rəsmi müraciət edəcəm”.

Sabiq deputat onu da bildirdi ki, o, İnterpolu və Azərbaycanın Vergilər Nazirliyini məhkəməyə verəcək.

Hüseyn Abdullayev 2005-ci ildə 25 saylı Nizami Seçki Dairəsindən millət vəkili seçilib. 2007-ci ildə parlamentdə hökumətin hesabatı dinlənilərkən onunla hakimiyyətyönlü Ana Vətən Partiyasından olan millət vəkili Fəzail Ağamalı əlbəyaxa olublar. Bundan sonra Hüseyn Abdullayev həbs edilib.
Bir qədər sonra azadlığa buraxılan keçmiş deputat uzun müddət siyasətdən kəar çəkilmişdi.

Ötən ayın əvvəllərində onun yazdığı “Susma” əsəri ictimailəşəndən dərhal sonra hökumət Hüseyn Abdullayevin vergi cinayətlərində ittiham edildiyini elan etdi. O, İnterpol vasitəsilə beynəlxalq axtarışa verildi.

Özü Azərbaycanda hər hansı biznesinin olmadığını, cinayət törətmədiyini, yalnız "Susma" əsərinə görə siyasi təqiblərə məruz qaldığını bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG