Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:03

Prezident İlham Əliyev qərb bölgələrində səfərdədir



Prezident İlham Əliyev iyulun 5-də Tovuz və Qazax rayonlarına səfər gedib. Prezident Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Prezident Tovuzda Hemodializ Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısına bildiriblər ki, ümumilikdə qərb bölgəsi üzrə 308 hemodializ xəstəsi var. Yeni Mərkəzin fəaliyyətə başlamasından sonra bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün başqa regionlara və Bakıya getmələrinə ehtiyac olmayacaq.

İlham Əliyev Tovuzdan sonra qonşu Qazax rayonuna gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG