Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:53

Misirdə toqquşmalarda 30 adam ölüb [Video]


-

Misirdə vəziyyət gərgin olaraq qalır. Hakimiyyətdən kənarlaşdırılan prezident Morsinin tərəfdarları kütləvi etiraz aksiyalarına başlayıblar. Onlar hərbi çevrilişi pisləyir, həbsdə olan Morsinin azad olunmasını tələb edirlər. Morsi tərəfdarları ilə ordu arasında toqquşmalar olub. Bu yazı daim yeniləndiyindən ən son xəbərlər mətnin əvvəlində yerləşdirilir.

AZI 30 ADAM ÖLÜB

Misirdə dünənki toqquşmalarda azı 30 adam ölüb.

Morsi tərəfdarlarının mitinqində on minlərlə adam iştirak edib. Azı 4 nəfər hərbçilərin açdığı atəş nəticəsində ölüb, 30 nəfər yaralanıb. Ölənlərdən biri başından vurulub.

Mohamed Morsi-nin isə naməlum yerdə ev dustaqlığında saxlanıldığı bildirilir.

Qahirədəki «Adeviya» meydanına yığışan Morsi tərəfdarlarının qarşısında çıxış edən «Müsəlman Qardaşları» Hərəkatının lideri Mohammed Badie deyib ki, «Morsi qayıdana qədər meydanlardan çəkilməyəcəyik. Prezidentimizi dəstəkləyəcəyik. Canımız ona fəda olsun».

Badie-nin çıxışından sonra Morsi tərəfdarları dövlət televiziyasına yürüş edib. «Təhrir» meydanının yaxınlığındakı «6 Oktyabr» körpüsündə Morsi tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma olub. Burda azı 2 nəfər ölüb, 12 adam yaralanıb.

Ölkə rəsmiləri dünənki hadisələrdə azı 30 nəfərin öldüyünü, 500 nəfəri yaralandığını bildirib.
Mohamed Morsi-nin tərəfdarları

Mohamed Morsi-nin tərəfdarları


MÜSƏLMAN QARDAŞLIĞI-NIN LİDERİ HƏBS EDİLMƏYİBMİŞ

Müsəlman Qardaşlığı təşkilatının lideri Mohammad Badie Qahirədə mitinqdə çıxış edərək devrilmiş president Muhammad Morsi-ni müdafiə edib. Bundan əvvəl Badie-nin həbs edildiyi deyilirdi. O, həbsi barədə məlumatların yalan olduğunu deyib.

Bu gün Morsi tərəfdarlarının keçmiş prezidentin saxlandığı hərbi hissənin yaxınlığında etiraz aksiyası zamanı atəş açılıb. Azı 3 nəfərin həlak olması barədə məlumatlar var. Amma hələlik bu xəbər rəsmi mənbələrdən təsdiq olunmayıb.

PARLAMENT BURAXILDI

Misirn keçid dövrü prezidenti Adil Mansour bu gün parlamentin buraxılmasına göstəriş verib.
Etirazçılar yaralıları daşıyırlar

Etirazçılar yaralıları daşıyırlar


Dövlət televiziyasının xəbərinə görə Adil Mansour özünə təhlükəsizlik məsələləri üzrə yeni müşavir təyin edib.

KÜTLƏYƏ ATƏŞ AÇILIB

Qahirədən gələn xəbərlərə görə devrilmiş president Muhammad Morsinin tərəfdarlarına odlu silahdan atəş açılıb. Şahidlər bir neçə nəfərin yerə yıxıldığını deyirlər. Hadisə aksiyaçıların Morsinin saxlandığı hərbi hissələrə doğru hərəkəti zamanı baş verib. Amma hələlik kimin atəş açdığı bəlli deyil.

-
Misirdə vəziyyət (VGTV-nin canlı yayımı)



QARŞIDURMA QORXUSU

İyulun 5-də Misirdə devrilmiş president Muhammad Morsi-nin tərəfdarlarının kütləvi etiraz aksiyası başlayıb. Prezidenti hakimiyyətdən kənarlaşdıran toplaşma azadlığına təminat verdiyini bildirir, amma həm də milli təhlükəsizliyə ziyan vura biləcək hərəkətlərə görə xəbərdarlıq edir.
Liderlərinin hakimiyyətdən devrilməsindən qəzəblənən islamçı qruplar tərəfindən zorakılıqlar edilə biləcəyindən narahatlıqlar var.
Ölkənin şimalında təhlükəsizlik qüvvələrinə hücumlardan sonra ordu hər ehtimala qarşı Qəzzaya keçid olan Rəfah məntəqəsini bağlayıb. Həmin hücumlar zamanı bir əsgər həlak olub, iki nəfər də yaralanıb.
Hələlik bu hücumların Morsi-nin devrilməsinə cavab olub-olmaması məlum deyil.
Misirdə prezident Muhammad Morsini islam dktaturası yaratmaqda ittiham edən müxalifət bir neçə gün davam edən kütləvi etiraz aksiyası keçiriblər. Onlarla prezidentin tərəfdarları arasında toqquşmalarda 40-a yaxın adam həlak olub.
Bundan sonra iyulun 3-də ordu araya girərək prezidenti hakimiyyətdən kənarlaşdırıb, Konstitusiya Məhkəməsinin sədri növbəti seçkilərə qədər müvəqqəti prezident elan edilib.
Keçmiş prezident Morsi və onun Müsəlman Qardaşlığı təşlkilatının liderləri həbs edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG