Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

Boliviya prezidenti ABŞ səfirliyini bağlamaqla hədələyir



Boliviya prezidenti Evo Morales ABŞ-ın bu ölkədəki səfirliyini bağlamaqla hədələyib. O, təyyarəsinin Avropa Birliyi ölkələrindən uçmasına icazə verilməməsinə görə Vaşinqtonu ittiham edir.

İyulun 2-də Moskvadan dönən prezidentin təyyarəsinə Fransa, Portuqlaiya, İtaliya və İspaniya öz hava məkanlarında uçmaq icazəsi verməmişdi. Təyyarə Avstriyada enəndən sonra isə təhlükəsizlik xidməti əməkdaşları ABŞ kəşfiyyatının hazırda Moskvada olan keçmiş əməkdaşı Edward Snowden-in onun içərisində olub-olmamasını yoxlamışdılar.
Snowden-in təyyarədə olmadığı məlum olandan sonra prezidentin tyəyyarəsinə uçuş icazəsi verilmidi.

Bu hadisədə Morales-ə dəstək nümayiş etdirən Ekvador, Argentina, Uruqvay liderləri iyulun 4-də Boliviyada toplaşıblar. Onlar hadisəni diplomatik qaydaların kopud pozulması kimi qiymətləndiriblər.

ABŞ kəşfiyyatının qaçaq əməkdaşı Snowden-in hazırda Moskvada Şeremetovo hava limanının tranzit bölməsində yaşadığı guman edilir. Moskva onu Vaşinqtona verməkdən imtina edir.

Snowden ABŞ-a verilmədkən can qurtarmaq üçün bir neçə ölkədən, o cümlədən Boliviyadan siyasi sığınacaq istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG