Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:10

Moldova məhkəməsi pedofillərin axtalanmasını qadağan edir



Moldovada Konstitusiya Məhkəməsi uşaqbazlıqda ittiham olunanların kimyəvi yolla axtalanmasını qadağan edib. Məhkəmənin dünən çıxarılan hökmündə qeyd edilir ki, bu prosedur insanın öz istəyi olmadan onun bədəninə tibbi müdaxilədir, bu da əsas insan haqlarına ziddir.

Moldova Liberal partiyasından olan deputatlar həmin qanunu keçən il parlamentdə qəbul etdiriblər. Qanunda 15 yaşdan aşağı olan uşaqlara qarşı seksual zorakılıqda ittiham olunan Moldova vətəndaşları və ya əcnəbilərin kimyəvi yolla axtalanmasını nəzərdə tutur.
Həmin qanunun təşəbbüskarları əsas arqument kimi də deyirlər ki, Moldova beynəlxalq seks turizminin mərkəzinə çevrilir.

Qanunun qəbul olunmasından bəri 5 nəfər kimyəvi yolla axtalanma cəzasına məhkum olunub. Amma məsələyə Konstitusiya məhkəməsi baxdığından hökmün icrası təxirə salınmışdı.

Kimyəvi yolla axtalanma zamanı kişiyə iynə ilə vurulan dərman uzun müddət onun seks istəyini öldürür.

Günün bütün mövzuları

XS
SM
MD
LG