Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:16

Azad Rəhimov Qubada vətəndaşları qəbul edib


-
Gənclər və İdman naziri Azad Rəhimov Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
AzərTAc xəbər verir ki, Mədəniyyət Evində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edib. Vətəndaşların müraciəti daha çox təmsil etdikləri bölgələrdə idman bölmələrinin açılması, güzəştli ipoteka krediti, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, işə düzəlmə, gənclər təşkilatlarının yaradılması və qeydiyyata alınması, fəxri adların alınması və digər məsələlərlə bağlı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG