Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:28

Fransa kəşfiyyatı ölkədə telefon zənglərini dinləyir, e-mailləri oxuyurmuş



Fransada çap olunan gündəlik “Le Monde” qəzeti iddia edir ki, bu ölkənin xarici kəşfiyyat idarəsi electron kommunikasiyaya nəzarət edirmiş. Qəzetə görə kəşfiyyat idarəsinin baş ofisində telefon dinləmələri və e-mail yazışmalarından alınan məlumatlar illər üzrə superkompyuterlərdə sortlaşdırılırmış. Həmin kompyuterlərə başqa təhlükəsizlik qurumlarının əli çatırmış.

Kəşfiyyatçılar isə əsasən telefon danışıqları və e-maillərin məzmunu ilə deyil, kimin kimlə, harda ünsiyyət qurması ilə maraqlanırmışlar.

ABŞ kəşfiyyatının Avropa Birliyi ölkələrinin ofislərində telefon danışıqlarını dinləməsi barədə bu qurumun keçmiş əməkdaşı Edward Snowden-in qərb mediasına ötürdüyü məlumatların yayılmasından sonra Paris sərt bəyanatlarla çıxış edib. Fransa prezidenti Francois Hollande hətta Avropa Birliyi ilə ABŞ arasında ticarət əlaqələrinin genişləndirilməsinə dair danışıqları əngəlləməklə hədələyib.
XS
SM
MD
LG