Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:35

Misirdə ElBaradei baş nazir ola bilər


Egypt -- Opposition leader Muhammad El-Baradei leads a march to join the tens of thousands people taking part in a mass rally against a decree by President granting himself broad powers on Tahir Square in Cairo, 27Nov2012

Egypt -- Opposition leader Muhammad El-Baradei leads a march to join the tens of thousands people taking part in a mass rally against a decree by President granting himself broad powers on Tahir Square in Cairo, 27Nov2012

Mohammed El Baradei Misirin baş naziri olur. Bu haqda Qərb agentlikləri xəbər yayırlar.

Misir TV kanalı xəbəri təsdiq etmir.

Nobel mükafatı laureatı olan El Baradei 2011-ci ildə Misir baharından başlayaraq ölkənin daxili siyasətində fəal iştirak edirdi.

İyulun 3 hərbçilər prezident Morsini hakimiyyətdən kənarlaşdırandan sonra ölkədə gərginlik müşahidə olunur. Morsi tərəfdarları ilə əleyhhidarları arasında qanlı toqquşmalar baş verib.

Misir ordusu ölkədə sərbəst toplaşma azadlığına təminat verdiyi bildiri. Ordu özünə məxsus facebook səhifəsində həm də xəbərdarlıq edir ki, milli təhlükəsizliyə ziyan vura biləcək hərəkətlərin qarşısı alınac aq.

Keçmiş prezident Morsi ilə yanaşı onun mənsub olduğu müsəlman Qardaşlığı təşkilatının əksər liderləri silahlı qüvvələrin nəzarətindədir.

ABŞ hakimiyyətin demokratik yolla seçilən siyasətçilərə verilməsi üçün təcili və qəti addımlar atılmasına çağırıb. Misirə ildə 1.5 milyard dollar mülki və hərbi yardımlar verən Vaşinqton həmçinin Misirin müvəqqəti hakimiyyətini şəxsi mülahizələr əsasında həbslərdən çəkiməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG