Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

«Qara Şəhər» sakinləri Fuad Hacıyevin həbsinə etiraz edir


-
«Nida» Vətəndaş Hərəkatının üzvü Fuad Hacıyevin qonşuları Xətai Rayon məhkəməsinin önünə toplaşıblar.
Onlar Fuad Hacıyevin həbsinin əsl səbəbinin açıqlanmasını və gəncin azad edilməsini tələb edirlər.
Fuad Hacıyevin qonşularından biri- Rüxsarə Əbdürəhmanova Azadlıqradiosuna gəncin həbs olunmasını “Qara Şəhər”dəki söküntülərlə əlaqələndirir:
“Fuadı sahə müvəkkili aparıb. Gecəikən 10 gün həbs veriblər ona. Fuad müstəqil jurnalist kimi fəaliyyət göstərir. Bizim “Qara Şəhər”də evləri sökəndə hanı TV kanala zəng etdiksə gəlmədi. Səsimizi duyurmaq üçün Fuad çəkilişlər aparırdı. Düşünürük ki, həbsinin səbəbi budur. Onun azad edilməsini tələb edirik”.
Hazırda Fuad Hacıyevin qonşuları Xətai Rayon məhkəməsinin önündədir.
Fuad Hacıyev iyulun 4-də salanılıb. Xətai Rayon Məhkəməsi polisin yazılı şikayəti əsasında ona İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə təqsirli bilib. Gənc fəalı 10 sutkalığa azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG