Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:59

Günel Mövlud Tbilisidə şeir həvəskarları ilə görüşdü


Günel Mövlud kitabları imzalayır. 3 iyul 2013

Günel Mövlud kitabları imzalayır. 3 iyul 2013

-

İyulun 3-də Gürcüstanın paytaxtı Tbilisdə yazar Günel Mövludun ədəbiyyat həvəskarları ilə görüşü keçirildi.

Görüşdə gürcü ədəbiyyat həvəskarlarına Azərbaycandakı ədəbi mühitdən, yazarların fəaliyyətindən, nəsillər arasında qarşıdurmadan danışıldı.

Qafqaz Mədəniyyət Evinin və gürcü şair Şota İataşvilinin təşkilatçılığı ilə baş tutan görüşdə Günel Mövludun şeirləri rus və gürcü dillərində səsləndi.

Şeiləri məhz həmin tədbir üçün gənc yazar Nicat Məmmədov ruscaya çevirib. Şota İataşvilisə Günel Mövludun, gürcü dilinə çevirdiyi şeirlərindən oxudu.

Tədbirə azərbaycanlı aktyor İlqar Cahangirov, yazar Hacı Hacıyev, eləcə də yerli azərbaycanlı icmasının nümayəndələri qatılıblar.

Günel Mövlud azərbaycanlı yazarların şeirlərindən ibarət antalogiyanı tədbir iştirakçıları üçün imzalayıb və Azadlıq Radiosunun gürcü xidmətinə müsahibə verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG