Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:21

Misirdə islamçı hökumətin devrilməsini bu ölkələr dəstəklədi


-

Səudiyyə Ərəbistanının kralı Abdulla Misirin yeni müvəqqəti rəhbəri Abdy Mansour-u təbrik edib və Misir ordusunun komandanını “ölkəni siyasi böhrandan müdrikcəsinə çıxardığı üçün” tərifləyib.

İslamçı yaraqlılarla vuruşan Suriya hökuməti də “Müsəlman qardaşlığı” hərəkatının Misirdə hakimiyyətdən salınmasından məmnundur və hesab edir ki, bu, hərəkatın təkcə Misirdə yox, ərəb dünyasında və beynəlxalq səviyyədə rədd edilməsidir.

Birləşmiş Ərəb Əmirlikləri də Misir ordusunun hərəkətini alqışlayıb və onu “Misirin qoruyucusu” adlandırıb.

Bəhreyn, İordaniya və Qətər monarxları Misirin yeni – müvəqqəti lideri Mansour-a təbrik məktubu göndəriblər.

İraqın baş naziri Nuri al-Maliki “çətin dövr yaşayan” Misir xalqına dəstəyini ifadə edib və yeni lideri təbrik edib.
XS
SM
MD
LG