Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 07:45

Müxalifət nümayəndələri Helsinki Komissiyası ilə görüşüb


-
İyulun 4-də Milli Şuranın nümayəndələri ABŞ səfirliyində ABŞ Helsinki Komissiyası nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Görüşdə Azərbaycanda seçkiqabağı vəziyyət, ictimai-siyasi proseslər, insan hüquqlarının vəziyyəti və digər məsələlər müzakirə olunub.
Bu haqda AzadlıqRadiosuna Milli Şuranın aparatının rəhbəri Eldar Namazov məlumat verib:
“Nümayəndə heyətinə 6 senator və Nümayəndələr Palatasının təmsilçiləri qatılmışdılar. Bu görüş qapalı idi. Ona görə də ətraflı detalları danışmaq mümkün deyil. Müzakirələr çox faydalı keçdi. Mən bu görüşdən çox məmnunam. Milli Şuranın icra aparatının hazırladığı sənədlər paketi də senatorlara təqdim olundu. Sənədlər paketinə Milli Şuranın qəbul elədiyi ən vacib qərarlar və sənədlər daxil idi. O cümlədən bizim təsis bəyannaməmiz, dünya ictimaiyyətinə müraciət, vahid namizədin öhdəlikləri və keçid dövrü haqqında memorandum və digər sənədlər”.
Görüşdə Milli Şurada təmsil olunan dörd partiyanın liderləri, Real və Ümid Partiyasının nümayəndələri də iştirak ediblər.
XS
SM
MD
LG