Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Misirdəki Azərbaycan səfirliyi öz fəaliyyətini davam etdirir


-
Azərbaycanın Qahirədəki səfirliyi tam tərkibdə normal rejimdə öz fəaliyyətini davam etdirir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Bildirib ki, Azərbaycan vətəndaşlarına yardım göstərmək üçün səfirlikdə “qaynar xətt” fəaliyyət göstərir.
Səfirlik Azərbaycan vətəndaşlarını kütləvi toplaşma yerlərindən uzaq olmağa çağırıb.
Öz növbəsində səfir Şahin Abdullayev bildirib ki, gərgin vəziyyətlə əlaqədar azərbaycanlı diplomatların ailələri və diaspor üzvlərinin evakuasiyası barədə qərar qəbul edilib. Zərurət yaranarsa, səfirliyin əməkdaşları ölkədən çıxarılacaq.
2011-ci ildə Misirdə baş vermiş “ərəb baharı” zamanı Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG