Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

Apellyasiya Məhkəməsi «Nida»çını həbsdə saxladı


«Nida» Hərəkatının loqosu

«Nida» Hərəkatının loqosu

-
İyulun 4-də Bakı Apellyasiya Məhkəməsində «Nida» Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundovun həbs qətimkan tədbirinin 3 ay artırılması ilə bağlı qərardan şikayətə baxılıb.
Şikayət təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.
Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev məlumat verib.
Həmin qərar iyunun 24-də çıxarılıb.
Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Rəşadət Axundova Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürüb.
Hazırda Nida hərəkatının 7 fəalı həbsdədir.
Amnesty İnternational - beynəlxalq hüquq müdafiə təşkilatı onları vicdan məhbusu sayır.
XS
SM
MD
LG