Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:00

Gədəbəydə icra başçısı müxalifətçiləri hədələyib?


Arxiv foto
Arxiv foto
-
Gədəbəy rayon sakini, AXCP üzvü Əli Abdullayev deyir ki, İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov yerli müşavirədə onun və digər bir neçə üzvlərinin (Ceyhun Səfırov, Səyyaf Musayev, Telman Ələkbərov) adını çəkərək hədələyici və təhqiredici ifadələr işlədib. Əli Abdullayev deyir ki, onları antimilli qüvvə adlandıran icra başçısı öz işçilərinə göstəriş verib ki, seçkiqabağı adıçəkilən müxalifətçilər ictimai yerlərə, hətta çayxanalara belə buraxmasınlar.

Əli Abdullayev deyir ki, onları ən çox narahat edən məsələ R.Yediyarovun onlara göndərdiyi ismarıcdır. Belə ki, onun deməsinə görə,başçı bildirib ki, seçkiqabağı səs küy salan olsa məsuliyyətə cəlb edib içəri saldıracaq.

Gədəbəy rayon İcra hakimiyyətinin başçısının müavini Ləzgi Rəsulov isə deyir ki, müxalifətçilər hədələnməyib,danışılanlar böhtandır. Əlavə edir ki, rayonda müxalif siyasi partiyaların üzvlərinə münasibət kifayət qədər yaxşıdır.

1 ay əvvəl AXCP Gədəbəy Təşkilatının üzvü gənc fəal Yaşar Abdullayev həbs edilib.
Əli Abdulayev deyir ki, indiyədək haqqını sözünü tələb edən Yaşar Abdulleyevin həbsi də bu kimi hədələrdən sonra müəmmalı şəkildə baş tutub.
XS
SM
MD
LG